21:28 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
65 0 0

Mövlud Çavuşoğlu: "Ukrayna ilə qarşılıqlı ziyarətlərin və turistlərin sayını artırmaq istəyirik"

BAKI, 10 fev – Sputnik. “Türklər və ukraynalılar tək şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə biləcək”. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, bu sözləri Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

“Ukrayna ilə qarşılıqlı ziyarətlərin və turistlərin sayını artırmaq istəyirik. Xalqlarımızın arasında daha çox təmas olmasını istəyirik. Ona görə də, bundan sonraki müddətdə vətəndaşların xarici pasporta ehtiyac duymadan, təkcə şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı gediş-gəlişini asanlaşdırmaq üzərində çalışırıq” – Çavuşoğlu bildirib.

Teqlər:
xarici pasport, şəxsiyyət vəsiqəsi, Mövlud Çavuşoğlu, Ukrayna, Türkiyə

Əsas mövzular