“Biz türklərin verdiyi koordinatlara uyğun hərəkət etdik”

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidПресс-секретарь президента РФ Дмитрий Песков, фото из архива
Пресс-секретарь президента РФ Дмитрий Песков, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Peskov: "Türklərin bizə ötürdüyü koordinatlarda İŞİD ünsürləri yer alırdı"

BAKI, 10 fev – Sputnik. Suriyanın Əl-Bab şəhərində türk əsgərlərin rus döyüş təyyarələri tərəfindən bombalanmasına Kremldən yeni açıqlama gəlib. Sputnik Türkiyə xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Peskova görə, rus hərbi hava qüvvələri türk tərəfinin onlara ötürdüyü koordinatlara uyğun hərəkət edirmiş.

“Təəssüf ki, ordumuz, terrorçuları bombalayarkən türk həmkarlarımızın verdiyi koordinatlara görə hərəkət edib və bu yanlış bombardman gerçəkləşib. Türklərin bizə ötürdüyü koordinatlarda İŞİD ünsürləri yer alırdı. Bu hadisə onu göstərir ki, iki dövlətin daha ciddi koordinasiyaya ehtiyacı var” – Dmitri Peskov bildirib.

Xəbər lenti
0