Pensiya həddini 120 yaşadək artırmaq təklif olunur

CC BY 2.0 / Franck Michel / old manПожилой мужчина любуется морем. Архивное фото
Пожилой мужчина любуется морем. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq ərizə Ukrayna prezidentinin petisiyalar saytında qeydiyyata alınıb

BAKI, 8 fev — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenkoya ölkədə pensiya həddini 120, orduya çağırış həddini isə 100 yaşadək artırmaq təklif olunub. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, müvafiq ərizə Ukrayna prezidentinin petisiyalar saytında qeydiyyata alınıb.

"Hökumətin başında təqaüdçüləri dolandırmaq və hərbi əməliyyatları dəstəkləmək problemi mövcud olduğu üçün pensiya həddinin 120, orduya çağırış həddinin isə 100 yaşadək artırılmasını təklif edirəm. Bu, xalqı tədricən məhv etmək problemini aradan qaldıracaq" — petisiyanın mətnində bildirilir.

Ərizənin müəllifi Vitali Sakundur. Petisiya fevralın 7-də qeydiyyata alınıb və 25 min lazımi səsdən 8-ni toplayıb. Petisiyanın imzalanmasına 88 gün qalıb.

Xəbər lenti
0