"Qivi" Donbasda öldürüldü

© Sputnik / Irina GerashchenkoQivi ləqəbli Mixail Tolstıx
Qivi ləqəbli Mixail Tolstıx - Sputnik Azərbaycan
Abunə olmaq
"Somali" batalyonunun komandiri, "Qivi" adı ilə məşhur olan "polkovnik" Mixail Tolstoy vəfat edib

BAKI, 8 fev — Sputnik. "Somali" batalyonunun komandiri, "Qivi" adı ilə məşhur olan Mixail Tolstoy terror aktı nəticəsində öldürülüb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu jurnalistlərə separatçı "Donetsk Xalq Respublikası"nın ("DXR") "müdafiə nazirliyi"nin nümayəndəsi bildirib. 

"Bu gün Moskva vaxtı ilə saat 06.12-də terror aktı nəticəsində "DXR"-in qəhrəmanı, "Somali" batalyonunun komandiri, "Qivi" adı ilə məşhur olan "polkovnik" Mixail Tolstoy öldürülüb. Bu, Kiyev hakimiyyətinin Donbas sakinləri əleyhinə başlatdığı terror müharibəsinin davamıdır. Terror aktının baş verdiyi yerdə istintaq qrupu işləyir" — deyə "müdafiə nazirliyi"nin əməkdaşı bildirib.

Xəbər lenti
0