Kraliçanın nəvələri Londonda bir-biriləri ilə yarışıblar

© REUTERS / Alastair Grantİngiltərə kral ailəsinin üzvləri, paytaxt Londonda təşkil edilən yardım kampaniyasına dəstək aksiyasında estafet növlü qaçışda iştirak ediblər
İngiltərə kral ailəsinin üzvləri, paytaxt Londonda təşkil edilən yardım kampaniyasına dəstək aksiyasında estafet növlü qaçışda iştirak ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
Yardım aksiyasına marafon üzrə qaçış üzrə dünya rekordçusu Paula Radklif də qatılıb

BAKI, 6 fev – Sputnik. İngiltərə kral ailəsinin üzvləri, paytaxt Londonda təşkil edilən yardım kampaniyasına dəstək aksiyasında estafet növlü qaçışda iştirak ediblər. Kraliçanın nəvələri şahzadə Harri, Uilyam və onun həyat yoldaşı şahzadə Keyt Midlton bir-birləri ilə yarışıblar. 

Sputnik AzərbaycanTelegraph”-a istinadən xəbər verir ki, kral ailəsindən başqa qaçış marafonunda 150-yə yaxın adam iştirak edib.

Yarışda kraliça Yelizavetanın ən kiçik nəvəsi Harri Uels qalib gəlib.

Yardım aksiyasına qaçış üzrə dünya rekordçusu Paula Radklif də qatılıb.

Xəbər lenti
0