Səudiyyə Ərəbistanının paytaxtına raket zərbəsi endirildi

© AFP 2023 / JIM WATSONRaket zərbəsi, arxiv şəkli
Raket zərbəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə rəsmiləri raket zərbəsi barədə xəbərləri təkzib edərək partlayış səsini zəlzələ və meteorit düşməsi ilə izah etməyə çalışırlar

BAKI, 6 fev — Sputnik. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket zərbəsi endirilib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən məlumat verir.

Məlumata əsasən, "Borkan-1" raketi şəhərin qərb kənarındakı hərbi bazaya düşüb. Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Məlumatda qeyd olunur ki, Səudiyyə rəsmiləri raket zərbəsi barədə xəbərləri təkzib edərək partlayış səsini zəlzələ və meteorit düşməsi ilə izah etməyə çalışırlar. Həmçinin, xəbərdə Ər-Riyadda fövqəladə vəziyyət elan olunduğu vurğulanır.

Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" təşkilatının nümayəndələri raket zərbəsi barədə məlumatı təsdiq ediblər. Onlar zərbəni Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehə sadiq qüvvələr tərəfindən endirildiyini bəyan ediblər.

Səudiyyə Ərəbistanı Yəməndə eks-prezident Abd Rabbo Mənsur Hadini hakimiyyətə qaytarmaq istəyən beynəlxalq koalisiyaya rəhbərlik edir. Koalisiya qiyamçı husilərin "Ənsar Allah" hərəkatı, eks-prezident Əli Abdulla Salehə sadiq qüvvələrlə mübarizə aparır. Ölkədə "Əl-Qaidə" və İŞİD-in silahlıları az deyil.

Xəbər lenti
0