Məhkəmə Tramp administrasiyasının apellyasiya şikayətini rədd edib

CC0 / succo / hammerTərəzi və məhkəmə çəkici, arxiv şəkli
Tərəzi və məhkəmə çəkici, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp administrasiyasının mühacirlərlə fərmanın icrasını bərpa etmək cəhdi iflasa uğrayır

BAKI, 5 fev — Sputnik. ABŞ Doqquzuncu dairə apellyasiya məhkəməsi Ədliyyə Nazirliyinin prezident Donald Trampın mühacirlərlə bağlı fərmanının icrasını dayandıran Sietl məhkəməsinin qərarından verilən apellyasiya şikayətini rədd edib.

Apellyasiya şikayətində Sietl məhkəməsinin qərarının cəmiyyət üçün zərərli olduğu vurğulanırdı. 

ABŞ məhkəməsi - Sputnik Azərbaycan
Məhkəmələr prezidentin əl-qolunu bağladı

Lakin Ədliyyə Nazirliyinin qərarı ləğvetmə imkanları tam tükənməyib. Belə ki, Doqquzuncu dairə apellyasiya məhkəməsi nazirliyin bazar ertəsi Bakı vaxtı ilə 03.00-dək müvafiq qərardan şikayət vermə hüququnun olduğunu vurğulayıb.

Ötən şənbə günü ABŞ-ın Sietl şəhər Federal Məhkəməsi də prezident Donald Trampın miqrantlarla bağlı fərmanının icrasının qismən dayandırılması barədə qərar qəbul edib. Qərarda bildirilir ki, məhkəmə hökmü bütün ölkə miqyasında qüvvədədir.

Xəbər lenti
0