İlham Əliyev Belçikada Xurşidbanu Natəvanın abidəsini ziyarət edib

© AZƏRTACİlham Əliyev Belçikada Xurşidbanu Natəvanın abidəsini ziyarət edib
İlham Əliyev Belçikada Xurşidbanu Natəvanın abidəsini ziyarət edib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Belçikanın Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət edib

BAKI, 5 fev — Sputnik. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Vaterlo şəhərinin meri Floran Röter prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıb.

Dövlət başçısı və xanımı abidənin önünə gül dəstələri qoyublar.

Ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

Xəbər lenti
0