Məhkəmələr prezidentin əl-qolunu bağladı

© Photo : GETTY IMAGESABŞ məhkəməsi
ABŞ məhkəməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Kanala açıqlama verən Vaşinqtonun Baş prokuroru Bob Ferqyuson, Tramp administrasiyasından qərara hörmət göstərməsini tələb edib

BAKI, 4 fev – Sputnik. ABŞ Federal Məhkəməsinin prezident Donald Trampın miqrantlarla bağlı imzaladığı fərmanı ləğv etməsindən sonra Dövlət Sərhəd Xidməti aviaşirkətlərə qadağaya məruz qalmış ölkələrin sərnişinlərini daşımaq icazəsi verib.

Sputnik bu haqda CNN telekanalına istinadən bildirir. Telekanala açıqlama verən Vaşinqtonun baş prokuroru Bob Ferqyuson, Tramp administrasiyasından qərara hörmət göstərməsini tələb edib. 

Dünən ABŞ-ın Sietl şəhər Federal Məhkəməsi də prezident Donald Trampın miqrantlarla bağlı irqçi fərmanının icrasının qismən dayandırılması barədə qərar qəbul edib. Qərarda bildirilir ki, məhkəmə hökmü bütün ölkə miqyasında qüvvədədir.

Xəbər lenti
0