12:01 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
64 0 0

Əli Əkbər Vəlayəti: "Bir nəfər Amerikanın Suriya, İraq və Əfqanıstanda hansı uğursuzluğa düçar olduğunu Trampa başa salsın"

BAKI, 3 fev — Sputnik. ABŞ prezidenti Donald Trampın İranı müharibə ilə hədələməsinə rəsmi Tehrandan cavab verilib. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, prezident Həsən Ruhaninin müşaviri Əli Əkbər Vəlayəti, Donald Trampı "çox şeydən xəbəri olmayan, məlumatsız şəxs" adlandırıb.

"Bir nəfər Amerikanın Suriya, İraq və Əfqanıstanda necə uğursuzluğa düçar olduğunu Donald Trampa başa salsın. Bu cür sərsəm bəyanatları ilk dəfə eşitmirik. Bundan öncə də belə çıxışlar olub. Ona görə də, heç birini ciddi qəbul etmirik. Sadəcə olaraq açıq şəkildə bəyan edirik ki, milli müdafiə adına atacağımız addımlara görə heç kimdən icazə almayacağıq" — Vəlayəti bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranı ballestik raket sınağı həyata keçirdiyi üçün sərt tənqid edərək, bu ölkə ilə savaş ehtimalının gücləndiyini söyləmişdi.

Əlaqədar

ABŞ-da inanılmaz ssenari: hərbi çevriliş
ABŞ Meksikaya hərbi müdaxilə edə bilər
ABŞ-da sensasion qətnamə: İrana qarşı müharibə icazəsi
ABŞ Senatı Rusiya ilə bağlı mühüm qanun layihəsi hazırlayıb
ABŞ vətəndaşları bu ölkədən deportasiya oluna bilər
Avropa İttifaqı ilə ABŞ arasında açıq qarşıdurma
Teqlər:
Donald Tramp, Tehran, İran, ABŞ, prezident

Əsas mövzular