Vaşinqtondan Tehrana sərt təhdid: "Aman verməyəcəyik"

© AFP 2023 / BRENDAN SMIALOWSKIAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Maykl Flayn: "İran dövlətinin son vaxtlar sərgilədiyi rəftar Yaxın Şərqdəki tarazlığı pozur. Tehran bilsin ki, Tramp Obama deyil."

BAKI, 2 fev — Sputnik. ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Maykl Flayn, ballistik raket sınağı həyata keçirən İrana rəsmi xəbərdarlıq etdiklərini açıqlayıb. "İran dövlətinin son vaxtlar sərgilədiyi rəftar Yaxın Şərqdəki tarazlığı pozur və bu, dəlilikdir. Tehran bilsin ki, Tramp Obama deyil. Heç nəyə göz yumulmayacaq" — deyə müşavir bildirib.

Sputnik Azərbaycan Wall Street Journal-a istinadən xəbər verir ki, respublikaçı senatorlar Marko Rubio, Todd Yanq və Con Kornın hazırladığı, İrana qarşı ağırlaşdırılmış sanksiyaların tətbiqi barədə qanun layihəsi Konqresin gündəliyinə salınıb. Senator Marko Rubio öz saytında bu haqda yazıb: "Obama administrasiyasının görməməzliyi ucbatından İran terrorçuluğu rahat dəstəkləyə bilirdi. İndi buna "Dur!" deməyin, müqavimət göstərməyin vaxtı çatıb".

Amerikadan edilən hədə dolu açıqlamalara İranın müdafiə naziri Hüseyn Dehqan belə cavab verib: "Heç bir xarici dövlətin milli müdafiə ilə bağlı gördüyümüz işlərə müdaxiləsinə imkan verməyəcəyik".

Xəbər lenti
0