Türkiyədə ikinci "11 Sentyabr" həyacanı

© AFP 2023 / STAN HONDAABŞ-da 11 sentyabr terror aktı
ABŞ-da 11 sentyabr terror aktı - Sputnik Azərbaycan
Abunə olmaq
MİT ölkədə çalışan əcnəbi pilotları nəzarətə götürdü

BAKI, 1 fev — Sputnik. Türkiyənin kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatı (MİT), aralarında kimlərinsə İŞİD-lə əlaqəsi olma ehtimalına qarşı, Türkiyədə çalışan 850 xarici pilotu nəzarətə götürüb. Sputnik Azərbaycan Haberler-ə istinadla xəbər verir ki, hazırda MİT həmin əcnəbi pilotların İŞİD-lə əlaqəsinin olub-olmadığını araşdırır.

Qeyd olunur ki, xüsusi xidmət orqanları, Türkiyədə ABŞ-da yaşanmış 11 sentyabr terror aktına bənzər bir hadisənin baş verməməsi üçün bütün imkanları səfərbər edib. Məlumata görə, kəşfiyyat qurumları Reina terrorundan sonra ölkədə daha dəhşətli terror aktının törədilməsi ehtimalını araşdırır.

Bildirək ki, hazırda Türkiyədə, 700-ü Türk Hava Yollarında olmaqla, 850 əcnəbi pilot çalışır.


Xəbər lenti
0