Trampdan Ərdoğana "arxadan zərbə"

Suriya Demokratik Birlik Partiyasının (kürdcə: PYD - Partiya Yekıtiya Demokrat) silahlıları
Suriya Demokratik Birlik Partiyasının (kürdcə: PYD - Partiya Yekıtiya Demokrat) silahlıları - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Vaşinqton PYD-yə zirehli texnika göndərib

BAKI, 1 fev — Sputnik. ABŞ PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-yə zirehli texnika göndərib. Sputnik Azərbaycan Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, PYD sözçüsü Talal Silo, zirehli texnikanı Amerikadan 5 gün əvvəl təslim aldıqlarını söyləyib.

"Obama zamanında da ABŞ bizə dəstək verirdi. Ancaq yeni prezident Donald Tramp bu dəstəyi daha da artırıb. Ona minnətdarıq" — deyə PYD sözçüsü bildirib.

Donald Tramp administrasiyasının PYD terror təşkilatına hərbi yardım etməsinə Türkiyə tərəfdən hələlik rəsmi açıqlama verilməyib.

Xəbər lenti
0