İstanbulda silahlı qarşıdurma: ölən və yaralananlar var

© REUTERS / Kamal AslanPolis
Polis - Sputnik Azərbaycan
Abunə olmaq
12 il sonra atasının qisasını alan şəxs polisə təslim olub

BAKI, 30 yan — Sputnik. İstanbulun Beykoz rayonunda restoranda atışma baş verib. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.

Məlumata görə, hadisə qisas zəminində baş verib. Belə ki, atasının qatili ilə eyni restoranda qarşılaşan bir şəxs tapança ilə onu vurub. Zərərçəkmiş aldığı yaralardan keçinib.

Öldürülən şəxs 12 il əvvəl qatilin atasını öldürübmüş. Atasının qisasını alan şəxs isə polisə təslim olub. Hadisə zamanı təsadüf nəticəsində bəzi kənar şəxslərin də yaralandığı bildirilir. Onlar Kavacık Medistate Xəstəxanasına yerləşdiriliblər.

Xəbər lenti
0