Yeni prezidentin qərarı Amerikanı qarışdırdı

© Photo : Bryan Anselm for The New York TimesAmerikada etiraz aksiyası
Amerikada etiraz aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Küçələrə axışan amerikalılar, zorla geri göndərilən müsəlmanlara dəstək aksiyasına başlayıblar

BAKI, 30 yan — Sputnik. ABŞ-ın yeni prezidenti Donald Trampın yeddi müsəlman ölkəsinin vətəndaşlarına qarşı viza rejimini ləğv etməsi amerikalıları küçələrə töküb. Sputnik Azərbaycan "New-York Times"-a istinadən xəbər verir ki, hətta 8 noyabr seçkilərində Trampa səs verənlər belə, meydanlarda yeni prezidentin əleyhinə aksiyalara başlayıblar. 

Məlumata görə, Ağ Evin yeni rəhbərinin komandası da ondan üz çevirməyə başlayıb. Respublikaçı senatorlar Con Makkeyn və Lindzey Qraham, Donald Trampın imzaladığı son fərmanların ABŞ-ın təhlükəsizliyinə zərər verəcəyini bildiriblər.

​Hazırda Nyu-York hava limanında toplaşan minlərlə etirazçı oturaq aksiya keçirir. Onlar hava limanından öz ölkələrinə zorla geri göndərilən 7 müsəlman ölkəsinin vətəndaşlarına dəstək vermək üçün aeroporta axın ediblər.

Xəbər lenti
0