Kanadadan ABŞ-a gözlənilməz zərbə

© AP Photo / Enrique De La OsaKanadanın baş naziri Castin Trudo
Kanadanın baş naziri Castin Trudo - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir: "Kanada bütün qaçqınları salamlayacaq. Bizim gücümüz müxtəlifliyimizdədir".

BAKI, 29 yan — Sputnik. "Müharibədən, terrordan, təzyiqlərdən qaçan hər kəsi, dinindən asılı olmayaraq qəbul edəcəyik". Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Kanadanın baş naziri Castin Trudo deyib.

​Bu haqda "Twitter" hesabında qeyd paylaşan Trudo, ABŞ-ın yeni prezidenti Donald Trampın müsəlman miqrantlarla bağlı imzaladığı fərmanı tənqid edib: "Kanada bütün qaçqınları salamlayacaq. Bizim gücümüz müxtəlifliyimizdədir".

Qeyd edək ki, Birləşmiş Ştatların vəzifəyə yeni başlayan prezidenti Donald Tramp yeddi müsəlman ölkəsinin vətəndaşlarının ABŞ ərazisinə girişini qadağan edən fərman imzalayıb.

Xəbər lenti
0