"Facebook"un sahibi Trampa qarşı çıxdı

© AFP 2023 / LUIS GENEMark Zükerberq
Mark Zükerberq - Sputnik Azərbaycan
Abunə olmaq
Mark Zükerberq: "ABŞ mühacirlərin ölkəsidir və biz bununla fəxr etməliyik. Mənim də əcdadlarım Almaniya, Avstriya və Polşadan gəliblər"

BAKI, 28 yan — Sputnik. "Facebook" sosial şəbəkəsinin qurucusu və sahibi Mark Zükerberq ABŞ prezidenti Donald Trampın qaçqınlarla əlaqədar fərmanını tənqid edib. Publika.az xəbər verir ki, Zükerberq bu haqda "Facebook" səhifəsində yazıb: "ABŞ mühacirlərin ölkəsidir və biz bununla fəxr etməliyik. Mənim də əcdadlarım Almaniya, Avstriya və Polşadan gəliblər".

Qeyd edək ki, ABŞ prezidenti imzaladığı fərmanla Suriyadan olan qaçqınların qəbulunu dayandırıb. Qadağa 120 gün ərzində qüvvədə qalacaq. Bu müddət ərzində təhlükəsizlik orqanları ölkəyə terrorçuların daxil olmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirləri nəzərdən keçirəcəklər.

Eyni zamanda, Suriya qaçqınlarının qəbulu üzrə kvota da azaldılıb. ABŞ 2017-ci ildə 50 mindən artıq qaçqını qəbul etməyəcək. Keçmiş prezident Barak Obama dövründə bu rəqəm 120 min idi.

Xəbər lenti
0