00:15 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
76 0 0

Verilişin aparıcısı canlı efirdə qonağının üzərinə benzin tökərək onu yandırıb

BAKI, 24 yan — Sputnik. Küveytdə dəhşət saçan hadisə baş verib. Belə ki, yumoristik verilişin aparıcısı canlı efirdə qonağının üzərinə benzin tökərək onu yandırıb.

Sputnik Azərbaycan "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, məşhur teleaparıcı Cassem Rəcəb verilişin əvvəlində qonağını "İnstagramda ən səs-küylü adam" adlandırıb. O, qonağı yandırdıqdan sonra isə çəkiliş qrupunun əməkdaşları dərhal onu söndürüblər.

"YouTube"da yerləşdirilən video-görüntü də olanları təkrarlamamaq xəbərdarlığı ilə başlayır. Qeyd olunur ki, əvvəlcədən bütün təhlükəsizlik tədbirləri görülüb. Aparıcı Rəcəb isə əlavə edib ki, qonaq heç bir ağrı hiss etməyib, çünki onun bədəni əvvəlcədən xüsusi qoruyucu qat ilə örtülübmüş.

Bununla belə, aparıcı sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gəlib. Onlar aparıcının qorxulu nömrə göstərdiyi üçün cəzalandırılmasını tələb edirlər.

Əlaqədar

Ayı canlı yayımda aparıcıya hücum etdi
Rusiya Prezidenti canlı yayımda suallara cavab verir
Məşhur modelə canlı yayımda pis sürpriz
Kosmosdan canlı yayımda spontan hadisə
Canlı yayımda faciəli olay
Aparıcı canlı yayımda keçindi
Teqlər:
aparıcı, canlı yayım, efir, Küveyt, qonaq

Əsas mövzular