İsraildən İran xalqına tarixi mesaj

© faktxeber.comBenyamin Netanyahu
Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
Benyamin Netanyahu: "Ümid edirəm ki, bu mesajım gənc, orta və yaşlı nəsil iranlılara çatacaq"

BAKI, 23 yan — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu, İran xalqına mesaj göndərib. Netanyahunun ingilis dilində olan çıxışı, farsca alt yazı olaraq yayımlanıb. Sputnik Azərbaycan bu haqda Əl-Cəzirə-yə istinadən məlumat verir.

Tel-Əviv şəhərindən bir görüntü. Arxiv şəkli - Sputnik Azərbaycan
İsrail-İran karvan yolu Azərbaycandan keçə bilər

Sərt mesajlarında heç vaxt İran xalqını hədəf almadığını deyən baş nazir, bu mesajları mövcud rejimə ünvanladığını söyləyib: "Rejim rəsmiləri gündəlik çıxışlarında İsraili yerlə-yeksan edəcəklərini deyərək, düşmənçilik toxumları əkirlər. Bu, doğru deyil".

"Biz sizin düşməniniz yox, dostunuzuq. Bu rejim sizin azadlığınızı əlinizdən alıb. Halbuki, qürurlu tarixiniz, zəngin mədəniyyətiniz var. Teokratik tiranlıq sizi əsir aldı. Ümid edirəm ki, bu mesajım gənc, orta və yaşlı nəsil iranlılara çatacaq" — Netanyahu bildirib.

Xəbər lenti
0