Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə polis idarəsinə atəş açan terrorçu məhv edilib

© AP Photo / Emrah Gurelİstanbul polisləri
İstanbul polisləri - Sputnik Azərbaycan
Abunə olmaq
DHKP/C terror təşkilatının üzvü olan Bilgehan Karpat xüsusi əməliyyat nəticəsində Təkirdağda öldürülüb

BAKI, 22 yan — Sputnik. Yanvarın 20-də İstanbul Polis İdarəsi və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutan terrorçu məhv edilib.

Sputnik Azərbaycan-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, DHKP/C terror təşkilatının üzvü olan Bilgehan Karpat xüsusi əməliyyat nəticəsində Təkirdağda öldürülüb.

Məlumata əsasən, terrorçu saxlanılan zaman müqavimət göstərib və atışma zamanı məhv edilib. Karpat Türkiyə Daxili İşlər Nazirliyinin təhlükəli terrorçular siyahısında yer alıb və başına 300 min lirə mükafat qoyulub.

Xəbər lenti
0