Oğrulara qarşı irimiqyaslı əməliyyat: 70-dən çox adam saxlanılıb

© İspaniya DİNAvropada Pandora əməliyyatı zamanı aşkar edilmiş mədəni və tarixi abidələr
Avropada Pandora əməliyyatı zamanı aşkar edilmiş mədəni və tarixi abidələr - Sputnik Azərbaycan
Abunə olmaq
Avropada mədəniyyət abidələrinin oğurluğu ilə bağlı əməliyyat keçirilib: 70-dən çox saxlanılan var

BAKI, 22 yan — Sputnik. Avropanın ayrı-ayrı ölkələrində incəsənət əsərlərinin və mədəni-tarixi abidələrin oğurluğuna, habelə satışına qarşı mübarizə məqsədilə irimiqyaslı əməliyyat keçirilib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Mülki Qvardiyasından bildiriblər.

Məlumata əsasən, sözügedən "Pandora" əməliyyatı zamanı 75 nəfər saxlanılıb. Onlardan 3,5 mindən çox mədəniyyət abidəsi götürülüb.

Əməliyyatda Avropanın 18 ölkəsi, həmçinin Avropol, İnterpol, YUNESKO, Ümumdünya Gömrük Təşkilatı iştirak edib. İspaniyanın hüquq-mühafizə orqanlarının məlumatına görə, tapılmış 3561 mədəni abidəsiinin yarısı arxeoloji tapıntılardır.

Saxlanılanların hansı ölkələrin vətəndaşı olmaları barədə məlumat verilmir.

Xəbər lenti
0