Qasırğa qurbanlarının sayı 15 nəfərə çatdı

© gazeta.ruMeksikada qasırğa
Meksikada qasırğa - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da qasırğa yanvarın 21-dən davam edir

BAKI, 22 yan — Sputnik. ABŞ-da qasırğa qurbanlarının sayı 15 nəfərə çatıb.

Bu barədə Report məlumat verir.

Məlumata görə, təkcə Corciya ştatında 11 nəfər təbii fəlakətin qurbanı olub. İyirmi üç nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Bundan əlavə, ştatın yaşayış məntəqələrindən birində daha 2 nəfər ölüb.

Missisipi ştatının qubernatoru Dil Brayant ştatda fövqəladə vəziyyət elan edib. Burada 50-dən çox insan müxtəlif xəsarətlər alıb.

İlkin məlumata görə, ştata 200 milyon dollardan çox ziyan dəyib. Qasırğa bununla yanaşı, Luiziana, Alabama və Texas ştatlarına ciddi ziyan vurub.

Qeyd edək ki, qasırğa yanvarın 21-dən davam edir.

Xəbər lenti
0