İran Donald Trampı hədələdi

© AFP 2023 / ATTA KENAREВид на телебашню Бордже Милад в Тегеране, Иран
Вид на телебашню Бордже Милад в Тегеране, Иран - Sputnik Azərbaycan
Abunə olmaq
İran Donald Trampı öz nüvə fəaliyyətini bərpa edəcəyi ilə hədələyib

BAKI, 22 yan — Sputnik. İranın atom energetikası naziri Əli Əkbər Salehi bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp "nüvə sövdələşməsi"nə əməl etməzsə, İran öz nüvə fəaliyyətini bərpa edəcək. Sputnik Azərbaycan bu barədə Report-a istinadən xəbər verir.

"Trampın birgə əhatəli fəaliyyət planına əməl etməyəcəyi təqdirdə, biz öz nüvə fəaliyyətimizi çox sürətlə bərpa etməyə hazırıq. Biz öz nüvə proqramımızı bərpa etməyə hazırıq və bunu bacararıq. Biz nəinki əvvəlki vəziyyətə qayıda bilərik, hətta əvvəlkindən də böyük nüvə fəaliyyətinə başlamaq iqtidarındayıq" — Salehi qeyd edib.

Nazir söhbət əsnasında Trampın andiçmə mərasimində çıxış edərkən İran mövzusuna toxunmamasını müsbət qiymətləndirib.

Salehi, həmçinin ABŞ-ın ölkəni Çin və ya İran tərəfindən gələ biləcək ballistik raket zərbələrindən qorumaq üçün öz RƏM sistemini inkişaf etdirmək niyyətini mənasız adlandırıb.

Xəbər lenti
0