06:28 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
ABŞ-ın yeni xarici siyasəti (14)
146 0 0

Ştaynmayer: "Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır"

BAKI, 22 yan — Sputnik. Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Donald Trampın ABŞ prezidenti seçilməsinin bir epoxaya son qoyduğu qənaətindədir.

APA-nın məlumatına görə, Ştaynmayer bunu “Bild am Sonntag” nəşrinə yazdığı məqaləsində qeyd edib.

Almaniya xarici işlər naziri bildirib ki, Trampın prezident seçilməsi ilə XX əsrin köhnə dünyası keçmişdə qaldı: “XXI əsrdə dünya nizamına baxışın necə olacağı, dünyanın sabah necə görünəcəyi hələ müəyyənləşdirilməyib. Bu sual açıq qalır. Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır”.   

Ştaynmayer məqaləsində Almaniyanın ABŞ-ın yeni administrasiyası ilə dialoqa can atacağını, öz mövqeyi, dəyərləri və maraqlarını çatdıracağını vurğulayıb.

Mövzu:
ABŞ-ın yeni xarici siyasəti (14)

Əsas mövzular