40 nəfərin qatili bağlı yeni gizlinlər üzə çıxdı

© REUTERS / Murad Sezerİstanbul polis idarəsi, arxiv şəkli
İstanbul polis idarəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Maşaripov polisə ifadəsində, İŞİD-in Mərkəzi Asiya üzrə koordinatoru olduğunu söyləyib

BAKI, 20 yan — Sputnik. Yeni il gecəsi İstanbulu qana bulayan uyğur əsilli Abdulqadir Maşaripovla bağlı maraqlı fakt üzə çıxıb. Sputnik Azərbaycan-ın Milliyet-ə istinadən verdiyi xəbərə görə, qatilin ikisi özbək, biri qırğız və biri uyğur olmaqla, 4 həyat yoldaşı varmış.

Maşaripov polisə ifadəsində, İŞİD terror təşkilatının Mərkəzi Asiya üzrə koordinatoru olduğunu söyləyib. İŞİD-in təbliğatını aparan Maşaripov, bu təşkilat xaricindəki bütün müsəlmanların "mürtəd" (dindən dönmüş) olduqlarını iddia edib.

© Photo : milliyet.com.trReina canisi
Reina canisi - Sputnik Azərbaycan
Reina canisi

Xəbər lenti
0