Türkiyəli deputat özünü qandalladı

© REUTERSTürk parlamentində növbəti dava
Türk parlamentində növbəti dava - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Böyük Millət Məclisində bu günədək görünməyən hadisə baş verib

BAKI, 20 yan — Sputnik. Türkiyə Böyük Millət Məclisində konstitusiyaya dəyişikliklər üzrə qanun layihəsinin müzakirələri zamanı mübahisə yaşanıb. Mübahisəyə CHP-dən olan keçmiş qadın deputat, hazırda isə müstəqil millət vəkili olan Aylin Nazlıaka səbəb olub.

Türkiyə Böyük Millət Məclisində dava - Sputnik Azərbaycan
Türkiyə parlamentində əlbəyaxa dava düşüb

Sputnik Azərbaycan Sözcü qəzetinə istinadən xəbər verir ki, Aylin Nazlıaka özünü kürsüdəki mikrofona qandallayıb. Hadisə, həbsdə olan deputatların səsvermədə iştirak edib-etməyəcəyi barədə mübahisələr zamanı yaşanıb.

"Cümhuriyyət dəyərlərinin məhv edilməsinə qarşı çıxaraq və konstitusiyaya dəyişiklik edilməklə Məclisə vurulacaq qandala etiraz olaraq özümü kürsüyə qandallayıram" — Nazlıaka bildirib.

Qadın deputat 90 dəqiqə ərzində kürsüdə qandallı vəziyyətdə qalıb. Məclis sədri kənardan heç bir millət vəkilinin ona yaxınlaşmasına icazə verməyib. Sonda Nazlıaka özü qandalların açılmasına razılıq verib.

Xəbər lenti
0