Tehran faciəsində ölənlərin sayı artır

© REUTERS / Tasnim News Agency/Handout via REUTERSTehran köçən bina
Tehran köçən bina - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumata görə, binanın çökməsi nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb, 200-ə yaxın yaralı var

BAKI, 19 yan — Sputnik. İranın paytaxtı Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. 200-ə yaxın da yaralı olduğu bildirilir.

Sputnik-in xəbərinə görə, dünyasını dəyişənlər əsasən, yanğını söndürməyə çalışan yanğınsöndürən briqadasının üzvləri olub. Xəbəri İranın rəsmi dövlət televiziyası da təsdiqləyib.

Çökən 17 mərtəbəli bina şəhərdə inşa edilən ilk çoxmərtəbəli tikililərdəndir. Təhlükəsizlik səbəbindən yaxınlıqda yerləşən Almaniya, Türkiyə və Böyük Britaniya səfirlikləri boşaldılıb.

Xəbər lenti
0