Tacikistan SQ Baş Qərargahının rəisi həlak olub

© SputnikПервый снег в Душанбе: мороз и новогоднее настроение
Первый снег в Душанбе: мороз и новогоднее настроение - Sputnik Azərbaycan
Abunə olmaq
Zərif Bobokalonov işdən evə gedərkən idarə etdiyi avtomobil digər maşınla toqquşub. Onu təcili xəstəxanaya çatdırsalar da, xilas etmək mümkün olmayıb.

BAKI, 19 yan — Sputnik. Tacikistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi general-mayor Zərif Bobokalonov yol qəzasında ölüb.

RİA Novosti bu barədə Tacikistan Müdafiə Nazirliyinin əməkdaşı Cəmşid Hüseynova istinadən bildirib.

Məlumata əsasən, insident paytaxt Düşənbə şəhərində qeydə alınıb.

Zərif Bobokalonov işdən evə gedərkən idarə etdiyi avtomobil digər maşınla toqquşub. Onu təcili xəstəxanaya çatdırsalar da, xilas etmək mümkün olmayıb.

İlkin versiyaya əsasən, Bobokalonovun kəskin ürək çatışmazlığı səbəbindən idarəetməni itirdiyi və buna görə toqquşmanın baş verdiyi güman edilir.

46 yaşlı Zərif Bobokalonov 2014-cü il yanvarın 18-də Tacikistan müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilmişdi. 

Xəbər lenti
0