İraq ordusu Mosulda tarix yazmaq üzrədir

© REUTERS / Muhammad Hamedİraq Xüsusi Hərəkat Qüvvələrinin əsgəri, Mosul
İraq Xüsusi Hərəkat Qüvvələrinin əsgəri, Mosul - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir: "Əsgərlərimiz nizami ordu ilə yox, terrorçularla döyüşür. Bu səbəblə terrorçuların tam olaraq məhv edilməsi müəyyən zaman alacaq"

BAKI, 18 yan – Sputnik. İraq ordusu iki ildən çoxdur ki, İŞİD terror təşkilatının nəzarəti altında olan Mosul şəhəri uğrunda başlatdığı əməliyyatda ciddi uğura imza atıb.  

Sputnik Azərbaycan-ın Milliyet-ə istinadən verdiyi xəbərə görə, İraqın baş naziri Heydər əl-Abadi Mosulun bütün şərq məhəllələrinin terrorçulardan təmizləndiyini bildirib.

“Dünya terror təhlükəsi ilə üz-üzədir. Əsgərlərimiz nizami ordu ilə yox, terrorçularla döyüşür. Bu səbəblə terrorçuların tam olaraq məhv edilməsi müəyyən zaman alacaq” — baş nazir əlavə edib.

Xəbər lenti
0