02:58 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Terrorçu Abdulqadir Maşaripovun evi

İstanbulu qana bulayan terrorçunun evindən görün hansı yazı çıxdı

© Photo: Sozcu.com.tr
DÜNYA
Qısa URL
176101

Qonaq otağındakı masanın üzərində tapılan kağız parçası böyük marağa səbəb olub

BAKI, 17 yan – Sputnik. Yeni il gecəsi İstanbulda gecə klubunu qana bulayan terrorçu Abdulqadir Maşaripovun həbs olunduğu xəbərini vermişdik.  

Türkiyə təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatından sonra sağ ələ keçən A. Maşaripovun evində aparılan axtarış işləri başa çatıb. Daha sonra polis jurnalistlərə evdə çəkiliş aparmağa icazə verib. 

Sputnik Milliyet-ə istinadən xəbər verir ki, evdə aparılan çəkiliş əsnasında bir çox maraqlı məqamlar da üzə çıxıb. 

Özbək əsilli qatilin polis əməliyyatı zamanı yatacağın altında gizlənməsi, 1 aydan qalma qida məhsullarından istifadə edilməsi kimi maraqlı faktlarla yanaşı, terrorçu ilə birlikdə eyni evdə qalan 3 qadına məxsus makiyaj aksesuarları da diqqət çəkib. 

A.Maşaripov həbs edilərkən onun üzərindən 197 min ABŞ dolları da tapılıb. 

Qonaq otağındakı masanın üzərində tapılan kağız parçası isə daha çox marağa səbəb olub. Belə ki, həmin kağızın üzərində türkcə “Sen çok delisin” yazısı qeyd olunub. Bu yazını kimin, hansı məqsədlə yazdığı isə hələlik bəlli olmayıb. 

Əsas mövzular