Suyun dibindəki görüntü ölkəni lərzəyə saldı

© Sputnik / Fuad HasanovÇimərlik
Çimərlik - Sputnik Azərbaycan
Abunə olmaq
Su anbarında 350 ildən çox yaşı olan Budda heykəli tapılıb

BAKI, 17 yan — Sputnik. Çinin şərqində yerləşən su anbarında su səviyyəsinin aşağı düşməsi nəticəsində qədim Budda heykəli tapılıb. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, təmir nəticəsində ambardakı suyun səviyyəsi 10 metrdən artıq azalıb və qayaya bərkidilmiş Budda heykəli üzə çıxıb.

Heykəli yerli sakinlər aşkar ediblər. Hazırda arxeoloqlar araşdırma aparırlar. Mütəxəssislərin fikrincə, heykəl Min sülaləsi (1368-1644) dövründə yaradılıb, onun yaşı isə 350 ildən artıqdır.

Alimlər hesab edirlər ki, anbarın altında, Buddanın ayaqları yaxınlığında qədim məbəd yerləşib. Tədqiqatçılar onu sualtı avadanlıqların köməyi ilə tədqiq etmək niyyətindədirlər.

Xəbər lenti
0