İstanbulda gecə klubunda terror törədən şəxs yaxalandı

© AFP 2023 / OZAN KOSEСотрудник турецкого спецназа в районе Ортакей, недалеко от ночного клуба Рейна, где произошел теракт, Стамбул, 2 января 2017 года
Сотрудник турецкого спецназа в районе Ортакей, недалеко от ночного клуба Рейна, где произошел теракт, Стамбул, 2 января 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbulda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

BAKI, 17 yan — Sputnik. Türkiyənin İstanbul şəhərində Yeni il gecəsi terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Sputnik-in verdiyi məlumata görə, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 4 nəfər tutulub. Onlardan üçü qadındır. Digər kişinin üzərində isə Qırğızıstan pasportu tapılıb.

Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən Reina gecə klubuna edilən hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Ölənlər arasında əslən azərbaycanlı Nuranə Həsənova da var.

Xəbər lenti
0