Diyarbəkirdə partlayış: 1 ölü, 3 yaralı

© AFP 2023 / OZAN KOSEDiyarbəkirdə partlayış
Diyarbəkirdə partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib

BAKI, 16 yan — Sputnik. Türkiyənin Diyarbəkir şəhərinin Sur mahalında polis konvoyunun keçidi əsnasında partlayış baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 polis şəhid olub, 3 polis də yaralanıb.

Sputnik xəbər verir ki, partlayış yerli vaxtla 16:30-da reallaşıb və şəhər mərkəzində də eşidilib. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib.

Xəbər lenti
0