Tramp: "Hamı mənə dəli deyirdi..."

© REUTERS / Mike Segar Donald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"Prezidentlik fəaliyyətinə Putin və Merkelə güvənərək başlayacağam"

BAKI, 16 yan — Sputnik. ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp, vəzifəsinə Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkelə güvənərək başlayacağını deyib. "Lakin bu güvənin nə qədər davam edə biləcəyini zamanla görəcəyik" — o, əlavə edib.

Sputnik xəbər verir ki, respublikaçı prezident bu haqda İngiltərənin məşhur "The Times" qəzetinə özəl müsahibəsi zamanı deyib. Britaniyanın Avropa İttifaqını tərk etmə qərarını da dəyərləndirən Donald Tramp bunları bildirib: "Hələ referendumdan öncə mən bu işin olacağını deyəndə, hər kəs mənə dəli kimi baxırdı, ancaq gördünüz ki, haqlı çıxdım".

Qeyd edək ki, sözügedən müsahibə Trampın Nyu-Yorkdakı ofisində baş tutub.

Xəbər lenti
0