Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Liderlərin Reykyavik görüşü: tarix təkrarlanır?

© Sputnik / Юрий Абрамочкин / Mediabanka keçidПанорама города Рейкьявик
Панорама города Рейкьявик - Sputnik Azərbaycan
Abunə olmaq
Putinlə Reykyavikdə baş tutacaq görüş Trampın prezident qismində birinci xarici səfəri olacaq

BAKI, 15 yan — Sputnik. İslandiya Rusiya lideri Vladimir Putin və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında görüş təşkil etməyə hazırdır.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə İslandiya XİN rəhbəri Qudlauqur Tor Tordarson bildirib.

Nazir onu da deyib ki, hələlik müvafiq sorğu Reykyavikə təqdim edilməyib.

Qeyd edək ki, “Sunday Times” bundan əvvəl Trampın Putinlə Reykyavikdə görüşmək niyyətində olduğunu bildirib.  

Məlumata görə, Putinlə Reykyavikdə baş tutacaq görüş Trampın prezident qismində birinci xarici səfəri olacaq.

Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında görüş keçirilib. Moskva və Vaşinqton həmin sammitdə “soyuq müharibə”yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.  

Xəbər lenti
0