17:08 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
DÜNYA
Qısa URL
477 0 0

56 mənzilli 8 mərtəbəli bina səki ilə hərəkət edən piyadaların üzərinə aşıb.

BAKI, 14 yan — Sputnik. İstanbulun Zeytunburnu qəsəbəsində binanın çökməsi nəticəsində 2 nəfər ölüb, xəsarət alanların sayı 17-yə çatıb

Sputnik-in məlumatına görə, 56 mənzilli 8 mərtəbəli bina səki ilə hərəkət edən piyadaların üzərinə aşıb.

İstanbulun valisi Vasip Şahin hadisə yerində olub. O, bildirib ki, bina 2015-ci ildə boşaldılıb və yaşayış olmayıb. Binanın çökməsi nəticəsində ərazidən keçən adamlar dağıntılar altında qalıblar. 1 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.

Vali Vasip Şahin bildirib ki, təhlükəsizlik məqsədilə ərazidə 21 bina boşaldılıb. Bəzi iddialara görə, bina rəsmən boşaldılsa da, orada suriyalı qaçqınlar qanunsuz yaşayıblar. İstanbul valisi bildirib ki, onlarda belə məlumat yoxdur. Lakin hər ehtimala qarşı dağıntılar altında axtarışlar davam etdirilir.

Əsas mövzular