Təbrizdə tunel çöküb, ölən və xəsarət alanlar var

© APATəbrizdə tunel çöküb
Təbrizdə tunel çöküb - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə fəhlələr tuneldə işlədiyi zaman baş verib. Tunel Təbrizi elektrik enerjisi ilə təmin etmək üçün 500 meqavatlıq elektrik kabelləri ötürmək məqsədi ilə qazılırmış.

BAKI, 13 yan — Sputnik. Təbriz şəhərində tunelin çökməsi nəticəsində 3 nəfər ölüb.

APA-nın məlumatına görə, insident Təbrizin Xaqani küçəsində  baş verib.

Hadisə nəticəsində dağıntılar altında qalaraq yaralanan daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə fəhlələr tuneldə işlədiyi zaman baş verib. Tunel Təbrizi  elektrik enerjisi ilə təmin etmək üçün 500 meqavatlıq elektrik kabelləri ötürmək məqsədi ilə qazılırmış. Onun uzunluğu 4 kilometr, eni 12, hündürlüyü isə 2.5 metrdir.

Xəbər lenti
0