Prezident deputatları hədələdi: "Özünüzü yığışdırın!"

© AFP 2023 / ADEM ALTANRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan: "Fikirlərinizi kürsüdə söyləyin. Yoxsa onu dağıtmayın. Çünki o kürsü ora qırılması üçün qoyulmayıb"

BAKI, 13 yan — Sputnik. Türkiyədə vaxtından əvvəl parlament seçkiləri keçirilə bilər. Sputnik xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Türkiyə Böyük Millət Məclisində dava - Sputnik Azərbaycan
Türkiyə parlamentində əlbəyaxa dava düşüb

"Əgər deputatlar parlamentin fəaliyyətini iflic vəziyyətə salsalar, növbədənkənar seçki haqqında düşünməli olacağıq" — prezident vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiyaya dəyişikliklərə dair təkliflər müzakirə edilərkən, iqtidar və müxalifətdən olan millət vəkilləri arasında əlbəyaxa dava yaşanıb. Sözügedən hadisəyə diqqət çəkən Ərdoğan, bu görüntülərin qəbuledilməz olduğunu deyib.

"Hər hansı qanunu səmimi, dürüst formada müzakirə edin, hay-küyə, gurultuya ehtiyac yoxdur. Fikirlərinizi kürsüdə söyləyin. Yoxsa onu dağıtmayın. Çünki o kürsü ora qırılması üçün qoyulmayıb. Siz necə demokratsınız? Əvvəl-axır orada qəbul ediləcək qərar millətin ixtiyarına buraxılacaq. Qərarı xalq ya təsdiq edəcək, ya da etməyəcək. Hər şey bu qədər sadədir".

Xəbər lenti
0