10:17 28 Mart 2017
Canlı yayım
Reks Tillerson

Gələcək dövlət katibi: "Ərdoğana başa salmalıyıq ki..."

© REUTERS/ Jonathan Ernst
DÜNYA
Qısa URL
45011

ABŞ-ın yeni dövlət katibi: "Rusiyanın qalıcı bir müttəfiq olmadığını türklərə izah etmək lazımdır"

BAKI, 12 yan — Sputnik. "ABŞ-ın Suriyada heç bir planı olmadığını görən Türkiyə məcburən üzünü Rusiyaya çevirdi. Biz Ərdoğanla yenidən işləməli və onu başa salmalıyıq ki, Rusiya daimi müttəfiq deyil, Türkiyənin əsl müttəfiqi Amerikadır".

Sputnik US NEWS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın dövlət katibi olaraq təyin etdiyi Reks Tillerson, Senatda sualları cavablandırarkən deyib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkrar çalışmalıyıq. Türkiyə bizim çox köhnə NATO müttəfiqimizdir".

"Bölgədə ABŞ-ın fəaliyyətsizliyindən narahat oldular və üzlərini Rusiyaya çevirdilər. Lakin Moskva daimi müttəfiq deyil. Rusiyanın qalıcı bir müttəfiq olmadığını türklərə göstərmək lazımdır. Türkiyənin müttəfiqi ABŞ-dır" — Tillerson qeyd edib.

Əlaqədar

"Ərdoğanı devirmək istəyirlər"
Ərdoğan: Türkiyənin təhlükəsizliyi Naxçıvandan başlayır
Obama Ərdoğanla telefonda nə danışdı?
Putin və Ərdoğan Suriyadakı atəşkəs razılaşmasını müzakirə ediblər
Azər Rəşidoğlu: Ərdoğan Putinin bu günədək dediyi fikri təsdiqləyir
Rusiyalı senator Ərdoğanın haqlı olduğunu deyib
Teqlər:
Reks Tillerson, Donald Tramp, Ərdoğan, Rusiya, Türkiyə, ABŞ, prezident

Əsas mövzular