Üç ayaqlı qız dünyanı şoka saldı

© Photo : AMassiveTRexHoldingaBabyТрехногая девушка
Трехногая девушка - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmaçılar belə, üçüncü ayağın necə yarandığını tapa bilməyiblər

BAKI, 11 yan — Sputnik. Şəkillərin yüklənməsi, saxlanılması və paylaşılması üçün istifadə olunan "Imgur" online xidmətinin auditoriyası yeni bir optik illüziya kəşf edib. Belə ki, ilk baxışdan şəkildə təsvir olunan qızın üç ayağı olduğu görünür.

Sevinc Şabanova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Erotik film çəkmək istəyən qız: "Ailəm tərəfindən problemlər yaşayıram"

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, yüzdən çox "Imgur" istifadəçisi şəklin altındakı şərhlərdə tapmacanı həll etməyə çalışıblar. Bir sutka ərzində şəkil 200 mindən artıq baxış əldə edib. Bəzi istifadəçilər hətta etiraf ediblər ki, onlar uzun araşdırmadan sonra da üçüncü ayağın necə yarandığını tapa bilməyiblər.

Əslində, optik illüziyanın sirri olduqca sadədir. Şəkildəki qız əlində güldan tutub. Onu şəklin sol tərəfinə diqqətlə baxarkən görmək olar. Lakin bəzi istifadəçilər sirri bildikdən sonra da şəkildə üç ayaq gördüklərini bildiriblər.

Qeyd edək ki, şəkil 2012-ci ildə çəkilib, lakin diskussiya iştirakçıları əvvəllər onu görməyiblər.

Xəbər lenti
0