Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ankarada öldürülən rus səfirin həyat yoldaşına şad xəbər yazılı formada verildi

© Sputnik / Hüseyin HayatseverВручение документа, подтверждающего переименование улицы в Анкаре, Марии Карловой
Вручение документа, подтверждающего переименование улицы в Анкаре, Марии Карловой - Sputnik Azərbaycan
Abunə olmaq
Andrey Karlov ötən ayın 19-da Türkiyənin paytaxtı Ankarada qatıldığı bir sərgi açılışında sui-qəsd nəticəsində həyatını itirib.

BAKI, 10 yan – Sputnik. Ötən ay sui-qəsd nəticəsində dünyasını dəyişən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun adının səfirliyin yerləşdiyi küçəyə verilməsinə dair qərar Karlovun həyat yoldaşı Marina Karlovaya təqdim edilib. 

© Sputnik / Hüseyin HayatseverAnkarada Andrey Karlovun adını daşıyan küçə
Ankarada Andrey Karlovun adını daşıyan küçə - Sputnik Azərbaycan
Ankarada Andrey Karlovun adını daşıyan küçə

Sputnik xəbər verir ki, sözügedən qərarı Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Melih Gökçek yazılı formada xanım Karlovaya təqdim edib.

Əvvəlki adı “Karyağdı” olan küçənin adının Andrey Karlov olaraq dəyişdirilməsinə və bununla bağlı qərarın yazılı formada səfirin həyat yoldaşına təqdim edilməsinə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da münasibət bildirib. M.Çavuşoğlu hökumətin qərarını yüksək qiymətləndirərək, bunun qürurverici oluğunu söyləyib. 

Xatırladaq ki, Andrey Karlov, ötən ayın 19-da Türkiyənin paytaxtı Ankarada qatıldığı bir sərgi açılışında sui-qəsd nəticəsində həyatını itirmişdi.

Xəbər lenti
0