Prezidentdən sensasion sərəncam

© Kamran JebreiliВо время молитвы в мечети шейха Зайда в Абу-Даби, ОАЭ, фото из архива
Во время молитвы в мечети шейха Зайда в Абу-Даби, ОАЭ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə rəhbəri xalqı məscidlərə gedərək yağış yağması üçün dua etməyə çağırıb.

BAKI, 10 yan — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Xəlifə bin Zayed Əl Nəhyan gözlənilməz açıqlama ilə çıxış edib. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, Əl Nəhyan xalqı məscidlərə gedərək yağışın yağması üçün dua etməyə çağırıb.

Əbu-Dabi şəhəri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bir dönər 15, bir stəkan çay 32 manata...

Prezidentin bununla bağlı imzaladığı sərəncama əsasən, imamlar əhaliyə məscidlərdə yağış duası etməyin qaydasını başa salıblar. Bunun üçün məscidlərdə xüsusi mühazirələr də təşkil olunub. Prezident özü şəxsən Əbu-Dabidə yerləşən Şeyx Zaid məscidində mərasimə qatılıb.

"The National" nəşri yazır ki, BƏƏ-dən olan fermerlər son zamanlar su çatışmazlığı ilə əlaqədar əkin prosesini dayandırıblar. Meteorologiya və Seysmologiya üzrə Milli Mərkəzin məlumatına görə, 2016-cı ilin yanvarından marta qədər BƏƏ-də güclü yağışlar yağıb. Yağıntılar 2015-ci ilin analoji dövrü ilə müqayisədə çox olub. Lakin bundan sonra ölkədə quraqlıq müşahidə olunur.

Qeyd edək ki, BƏƏ-nin bütün məscidlərində duanın oxunması Bakı vaxtı ilə 08:30-da başlanıb və 45 dəqiqə çəkib.

Xəbər lenti
0