YAHOO-nun adı dəyişir

© AFP 2023 / NICHOLAS KAMMYAHOO
YAHOO - Sputnik Azərbaycan
Abunə olmaq
Xidmətin yeni adı bundan sonra "Altaba" olacaq

BAKI, 10 yan — Sputnik. Azərbaycanda da xeyli sayda istifadəçisi olan YAHOO axtarış sistemi adını dəyişəcək. Buna səbəb şirkətin öz səhmlərini başqasına satmasıdır.

İnternet üzrə dünyada Google-dan sonra ən böyük axtarış sistemi olan YAHOO, "Verizon" adlı şirkətə satılıb. Sputnik Türkiyənin NTV telekanalının saytına istinadən xəbər verir ki, sistemin yeni adı bundan sonra "Altaba" olacaq.

Xəbər lenti
0