17:22 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Rəcəb Tayyip Ərdoğan

Ərdoğan: "ABŞ-a "dost" deməyə dilim gəlmir"

© REUTERS / Sergei Karpukhin
DÜNYA
Qısa URL
84 0 0

Rəcəb Tayyib Ərdoğan: "Türkiyədə axtarışda olan və FETÖ şəbəkəsinə mənsub bir şəxsin ABŞ-da universitetlərin birinə rektor təyin edilməsi qəbuledilməzdir"

BAKI, 9 yan — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Amerikanı sərt tənqid edib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, o, bu barədə ölkəsindəki xarici səfirlərlə keçirdiyi görüşdə açıqlama verib.

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perincək
© Photo : adanadantaraf.com

"Türkiyədə axtarışda olan və FETÖ şəbəkəsinə mənsub bir şəxsin ABŞ-da universitetlərin birinə rektor təyin edilməsi qəbuledilməzdir" — deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti bu vəziyyətin ABŞ-la dostluq əlaqələrinə zərbə vurduğunu söyləyib: "Çox təəssüf ki, FETÖ üzvləri və PKK-lı terrorçular Amerika və Avropada rahat gəzib dolaşa bilirlər. Həmin ölkələr onlara qol-qanad verir. "Dost" deməyə dilim gəlmir, amma ən azından müttəfiq bildiyimiz bu ölkələr üçün təəssüflənirik".

Qeyd edək ki, FETÖ üzvü olmaqda ittiham edilən və Türkiyədə adı "qara siyahı"ya düşərək axtarışda olan, Fatih Universitetinin keçmiş rektoru Şerif Tekalan ABŞ-dakı "North American" universitetinə rektor təyin edilib.

Əlaqədar

Obama Ərdoğanla telefonda nə danışdı?
Azər Rəşidoğlu: Ərdoğan Putinin bu günədək dediyi fikri təsdiqləyir
Rusiyalı senator Ərdoğanın haqlı olduğunu deyib
Ərdoğan müttəfiqlərini günahlandırdı
Ərdoğan vəziyyətdən necə çıxacaq?
Ərdoğan səfirin öldürülməsindən danışdı: "Bir həftə əvvəl..."
Teqlər:
dost, FETÖ, rektor, Amerika, Rəcəb Tayyib Ərdoğan, Türkiyə

Əsas mövzular