Əsəd rejimindən Türkiyə ilə bağlı sensasiyalı etiraf

© AFP 2023 / LOUAI BESHARA Ərdoğan və Bəşər Əsəd, 11 oktyabr 2010-cu il
Ərdoğan və Bəşər Əsəd, 11 oktyabr 2010-cu il - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyədəki terror aktlarının qarşısını yalnız Suriya rejimi ilə əməkdaşlıq yolu ilə almaq olar"

BAKI, 6 yan — Sputnik. Bəşər Əsəd rejiminin kəşfiyyatçıları İŞİD terrorçuları arasına sızıblar və onları idarə edirlər. Sputnik xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Suriya telekanalına Bəşər Əsədin rəhbərlik etdiyi "Bəəs" partiyasının nəzarətində olan Suriya parlamentinin baş katibi Xalid Abbud açıqlama verib.

Türk hərbi texnikası Suriyanın əl-Rai şəhərində, 5 yanvar 2017-ci il - Sputnik Azərbaycan
Türkiyə hökumətindən Suriya ilə bağlı tarixi etiraf

Abbudun bəyanatı Ankaraya xüsusi mesaj kimi qiymətləndirilir. Burada əsas vurğu ondan ibarətdir ki, İŞİD-in Türkiyədə törətdiyi terror aktlarının qarşısını ancaq Bəşər Əsəd rejimi ilə əməkdaşlıq nəticəsində almaq mümkündür.

Baş katibin sözlərinə görə, İŞİD qərargahı, "Ən-Nüsra Cəbhəsi" və digər qruplaşmalar Dəməşqə bağlıdır: "Belə bir sual ortaya çıxır: niyə partlayışlar Dəməşqdə yox, Türkiyənin ayrı-ayrı əyalətlərində baş verir? Mən bu mövzuda əvvəllər də danışmışam".

Abbudun sözlərinə görə, Əsəd rejiminin kəşfiyyat və təhlükəsizlik qüvvələrinin nümayəndələri İŞİD terrorçuları arasına sızmağı bacarıblar və Türkiyədəki teraktların qarşısını yalnız Suriya rejimi ilə əməkdaşlıq yolu ilə almaq olar. Baş katib əmindir ki, Əsəd rejiminin Türkiyə və İordaniyada baş verən hadisələrlə bağlı ətraflı məlumatları var.

İŞİD-in Türkiyəyə qarşı törətdiyi terror aktlarının sayı 24 avqust 2016-cı ildə başlamış "Fərat qalxanı" əməliyyatından sonra nəzərəçarpacaq səviyyədə artıb. "Fərat qalxanı" antiterror əməliyyatları avqustun 24-dən etibarən Suriyanın şimalında Türkiyə HHQ-nin dəstəyi ilə davam edir.

Türkiyənin bu əməliyyatlarda iştirak hüququ beynəlxalq səviyyədə tanınıb. Məqsəd Türkiyənin özünümüdafiəsi və ərazilərini, başda İŞİD olmaqla terror qruplaşmalarının hücumlarından qorumaqdır. Əməliyyatlar çərçivəsində Türkiyənin sərhəd bölgələrinin terrorçulardan təmizlənməsi, humanitar yardımlarla təchizatı və İŞİD-lə mübarizəyə dair beynəlxalq missiyanı dəstəkləmək qarşıya qoyulub.

Xəbər lenti
0