Türkiyə-ABŞ gərginliyi davam edir

© AFP 2023 / STRİncirlik hərbi bazası
İncirlik hərbi bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "İŞİD-ə qarşı mübarizədə türk ordusuna dəstək verməyən ölkələrin İncirlik bazasında qalmalarının mənası yoxdur"

BAKI, 6 yan — Sputnik. "İncirlik hərbi bazasının bağlanması gündəmdə deyil. Amma İŞİD-ə qarşı mübarizədə Türkiyə Silahlı Qüvvələrinə dəstək verməyən ölkələrin ordularının bu bazada qalmasının mənası yoxdur".

Sputnik "Sabah" qəzetinə istinadən xəbər verir ki, bu açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verib. "Biz İŞİD-ə qarşı vacib mübarizə aparırıq, lakin son zamanlar koalisiyanın havadan dəstəyini görmürük. Madam İŞİD ilə mübarizə üçün koalisiya qurduq, Türkiyə də öz ərazisindən istifadə üçün yer təmin etdi, bəs nə üçün dəstək olmursunuz? Məqsəd nədir, nə istəyirsiniz?", — nazir sual edib.

İbrahim Kalın - Sputnik Azərbaycan
Türkiyənin bu addımı ABŞ-a böyük zərbə ola bilər

"Hal-hazırda Rakkadan Əl Bab istiqamətinə əlavə qüvvə olaraq gələn İŞİD ünsürləri var. Onların koordinatlarını veririk. Niyə vurmursunuz?" — Çavuşoğlu əlavə edib.

Türk rəsmilərin İncirliklə bağlı narahatlığını dilə gətirməsindən sonra açıqlama verən ABŞ Müdafiə Nazirliyinin sözçüsü Piter Kuk, ölkəsinin və ABŞ-ın rəhbərliyindəki koalisiyanın, Adana vilayətindəki İncirlik bazasından istifadəyə görə Türkiyəyə minnətdar olduğunu və bunun davam edəcəyinə ümid etdiklərini söyləyib. Kuk, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Fikri İşıqın "ABŞ-ın İncirlik bazasından istifadə edib Türkiyənin Əl Bab əməliyatlarına dəstək verməməsinin düşündürücü olduğu" barədəki sözlərinə də cavab verib.

"İncirlik bazasının nə qədər vacib olduğunu və koalisiyanın bundan minnətdarlıq duyduğunu dünən polkovnik Dorriandan eşitdiniz. İŞİD-ə qarşı aktiv mübarizədə Türkiyə ilə görüşlərimiz davam edir. Bununla bağlı detalları açıqlamaq düzgün deyil. İncirlik bazasından əməliyyatlar həyata keçirilir və bunların davam etdirilməsini istəyirik", — Pentaqon sözçüsü vurğulayıb.

Xəbər lenti
0