20:22 23 Fevral 2017
Canlı yayım
Истребители турецких ВВС F-16. Архивное фото

Rusiya Türkiyə İŞİD hədəflərini birlikdə bombalayır

© AP Photo/ Selcan Hacaoglu
DÜNYA
Qısa URL
54 0 0

Türkiyə Silahlı Qüvvələri tərəfindən 133 gündür aparılan "Fırat Qalxanı" əməliyyatı davam edir.

BAKI, 3 yan-Sputnik. Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada həyata keçirilən "Fırat Qalxanı" əməliyyatı çərçivəsində İŞİD-ə aid 154 hədəf havadan və qurudan vurularaq məhv edilib, 18 terrorist təsirsiz hala gətirilib.

Sputnik Milliyet-ə istinadla xəbər verir ki, Rusiya döyüş təyyarələrinin də El Bab-ın cənub qərbinə istiqamətli təşkil etdiyi hava əməliyyatında İŞİD-ə aid 4 hədəf məhv edilib.

Türkiyə Silahlı Qüvvələri tərəfindən 133 gündür aparılan "Fırat Qalxanı" əməliyyatı davam edib.

Əməliyyatın son vəziyyəti ilə bağlı Baş Qərargah tərəfindən açıqlama verilib.

Açıqlamada deyilir ki, planlı hərəkatın icrasına davam edilib. Bab və Bzagahda olan İŞİD hədəflərinə yönəlmiş hava hərəkatı nəticəsində sığınma və sursat yeri olaraq istifadə edilən ümumi dörd hədəf məhv edilib.

Rusiyanın döyüş təyyarələri tərəfindən El Bab-ın 8 kilometr cənub-qərbində yer alan Dayr Kak bölgəsində olan İŞİD ünsürləri hava hücumu ilə təsirsiz hala gətirilib.

Açıqlamada bildirilir ki, Türkiyə Silahlı Qüvvələri qarşıdurmalar əsnasında bölgədə yaşayan mülki əhalinin zərər görməməsi üçün hər cür tədbiri görür və bu mövzuda maksimum həssaslıq göstərməyə davam edir.