14:31 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Совместное учение с Коллективными миротворческими силами ОДКБ Нерушимое братство-2016

Bordyuja KTMT baş katibi postunu tərk edib

Sputnik
DÜNYA
Qısa URL
2601

31 dekabr 2016-cı il tarixində KTMT baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatıb və bu vəzifəni Valeri Semernikov icra edəcək.

BAKI, 1 yan — Sputnik. Bu gündən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin vəzifəsini baş katibin müavini Valeri Semernikov icra edəcək.

RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə bu gün KTMT məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 31 dekabr 2016-cı il tarixində KTMT baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatıb və bu vəzifəni Valeri Semernikov icra edəcək.

Qeyd edək ki, N. Bordyuja 2003-cü ildən KTMT baş katibi olub. KTMT-nin 2015-ci ilin dekabrında Moskvada keçirilən sammitində N. Bordyujanın səlahiyyət müddətinin 1 yanvar 2017-ci ilə qədər uzadılması barədə qərar qəbul edilib.

KTMT 1992-ci ilin mayında yaradılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür. Özbəkistan 2012-ci ilin iyununda KTMT-də fəaliyyətini dayandırdığını bəyan edib. 

Əsas mövzular