11:58 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
125010

Mustafa Kamalın heykəlinin yerində stəkan abidəsi ucaldılacaq

BAKI, 23 dek — Sputnik. Türkiyənin Rizə rayonunun AKP-çi bələdiyyə sədri Reşat Kasap, uzun müddətdir üzərində düşündüyü əməliyyatı, nəhayət yerinə yetirib. O, Rizədəki Cümhuriyyət Meydanını yenidən qurmaq adı ilə, orada 30 il əvvəl qoyulmuş Mustafa Kamal Atatürkün heykəlini yıxıb. Sədr bu heykəlin yerinə, 15 iyulda baş vermiş dövlət çevrilişinə cəhdin qurbanlarının xatirəsinə stəkan formalı abidə ucaldıla biləcəyini deyib. Atatürkçü Düşüncə Dərnəyi başda olmaqla, Rizə sakinlərinin etirazından sonra bələdiyyə başqanı deyib ki, Atatürkün heykəlini harada ucaldacaqları barədə hələlik bir qərara gəlinməyib.

Sputnik Türkiyə mediasına istinadla xəbər verir ki, Suriyanın Əl-Bab şəhərində 16 türk əsgərinin həlak olduğu və onlarla yaralının canı ilə əlləşdiyi bir vaxtda, AKP-çi bələdiyyə başqanının Atatürkün heykəlini yıxması etirazlara səbəb olub. Soner Yalçın, Uğur Dündar kimi yazarlar bələdiyyə başqanını Rizəni inkişaf etdirmək əvəzinə Atatürkün heykəli ilə əlləşməkdə ittiham ediblər.

Soner Yalçın Atatürkün 1924-cü ildə Rizəyə yolladığı Zihni Derin sayəsində bu bölgənin çay istehsalına başladığını xatırladıb. Qeyd edib ki, məhz bunun sayəsində Rizə dünyanın ən keyfiyyətli çay istehsalçısına çevrilib və Rizə kəndlisi çörəyini bunun sayəsində qazanıb.

Rizədəki Cümhuriyyət Meydanını yenidən qurmaq adı ilə, orada 30 il əvvəl qoyulmuş Mustafa Kamal Atatürkün heykəli sökülüb
© Photo : www.sozcu.com.tr
Rizədəki Cümhuriyyət Meydanını yenidən qurmaq adı ilə, orada 30 il əvvəl qoyulmuş Mustafa Kamal Atatürkün heykəli sökülüb

"Amma artıq orada salınan çay plantasiyalarının 80 yaşı var. Yəni onlar qocalıb və yenilənmələrinə ehtiyac var. Daha keyfiyyətli çay istehsal edib onun ixracı üçün bazarların tapılmasına, çaya lazımsız və faydasız kimyəvi gübrələr, dərmanlar verən kəndlilərin maarifləndirilməsinə ehtiyac duyulur. Amma AKP-çi beyinlər bu cür fəaliyyətlərə diqqət yetirməkdənsə, Atatürkün heykəlini yıxmağa üstünlük verirlər" — deyə Soner Yalçın yazıb.

Uğur Dündar isə bu heykəlin yıxılması səhnələrini televizorda seyr edərkən, Süleyman Apaydının Atatürkün dilindən yazdığı "Yıxın heykəllərimi" şerini xatırladığını bildirib və o şeiri öz köşəsində paylaşıb.

Türkiyənin Sözcü qəzetinin baş səhifəsi
© Photo : sozcu.com.tr
Türkiyənin "Sözcü" qəzetinin baş səhifəsi

Qeyd edək ki, Türkiyənin hazırkı prezidenti, AKP-nin lideri Rəcəb Tayyib Ərdoğan Rizədə anadan olub. AKP-çilər Atatürk əleyhinə kampaniyaları və Atatürkün dünyəvi dövlətçilik modelinə qarşı çıxmaları ilə tanınırlar. AKP-nin hakimiyyəti dövründə Türkiyədə Atatürkün qurduğu dünyəvi respublika quruluşunun dəyişdirilməsinə çoxsaylı cəhdlər edilsə də, yerli əhalinin ciddi müqaviməti ilə qarşılanıb.

Əlaqədar

Atatürk hava limanı rekorda imza atıb
Atatürk Türkiyə konstitusiyasından çıxarılır
Vladimir Putin: Atatürk yəqin ki, qəbirdə çevrilir
Atatürkün ölümündən 77 il ötür
Ərdoğanın şəhərində Atatürkün heykəlini sökmək üçün səs verəcəklər
Atatürk hava limanına ildırım düşüb
Teqlər:
Mustafa Kamal Atatürk, Reşat Kasap, bələdiyyə sədri, Rizə, heykəl, AKP, Türkiyə

Əsas mövzular