Suriyada şəhid olan türk əsgərinin sayı 16-ya çatıb

© REUTERS / Omar SanadikiSuriya, Hələb
Suriya, Hələb - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirin sözlərinə görə, əməliyyat başlayandan indiyədək Suriyada 2 min kv. km-ə yaxın ərazi terrorçulardan təmizlənib

BAKI, 22 dek — Sputnik. Türk ordusunun Suriyanın şimalında davam etdirdiyi "Fərat qalxanı" əməliyyatının 121-ci günündə şəhid olan əsgərlərin sayı 16-ya çatıb.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık bildirib.

Nazirin sözlərinə görə, əməliyyat başlayandan indiyədək Suriyada 2 min kv. km-ə yaxın ərazi terrorçulardan təmizlənib. 225 yaşayış məntəqəsi isə İŞİD qruplaşmasından azad edilib.

Xəbər lenti
0